“Azərbaycan Dəmir Yolları” QCS keçiddə baş verən qəza ilə bağlı açıqlama yaydı:"Sürücü günahkardır"

“Azərbaycan Dəmir Yolları” QCS keçiddə baş verən qəza ilə bağlı açıqlama yaydı:"Sürücü günahkardır" 

“Azərbaycan Dəmir Yolları” QCS bu gün dəmir yolu keçidində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Açıqlamada bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verdiyi xatırlanıb: “İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi