
Azərbaycan Dəmir Yolları QSC-yə sədr müavini təyin edilib
Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
ADY-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın