"Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir" - Ceyhun Bayramov

"Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir" - Ceyhun Bayramov 

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir. Bu faktdır.

APA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Bunun səbəbkarı Azərbaycan deyil. Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində olmayıb”, - nazir deyib.

Nazir deyib ki, Fransa hər zaman ermənipərəst olub.

“Buna baxmayaraq, Azərbaycanın razılığı ilə Fransa Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olub. Bu illər ərzində Fransa özünün ermənipərəst mövqeyini məharətlə gizlədə bilib. Bu, 2020-ci ilə qədər oldu. Azərbaycanın 44 günlük müharibədəki Zəfərindən sonra artıq Fransa bu mövqeyi gizlədə bilməyib, daha da irəli gedərək anti-Azərbaycan mövqeyini nümayiş etdirib. Bundan sonra münasibətlərə ilk zərbələr dəyməyə başladı”, - nazir deyib.

Ceyhun Bayramov bildirib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə yenidən və ciddi şəkildə baxarsa, onda gələcək üçün hər hansısa bir rəylər vermək mümkündür.

“Bir çox hallarda Azərbaycana qarşı təşəbbüslərin müəllifi artıq Ermənistan deyil, Fransanın özüdür. Hansı ki Azərbaycana qarşı Fransa tərəfindən Təhlükəsizlik Şurasında saysız-hesabsız təşəbbüslər irəli sürülüb”, - nazir vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi