Azərbaycan Milli Kitabxanasında “15 sentyabr Bilik günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

Azərbaycan Milli Kitabxanasında “15 sentyabr Bilik günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu 

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir.

Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar Azərbaycani, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişdir.

Son illər Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoydu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlanılır.

Faktinfo.az xəbər verir ki,15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı hesab olunur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr Bilik günü” adlı virtual sərgi hazırlanıb.

 Virtual sərgidə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, Prezident İlham Əliyevin Bilik günü ilə bağlı müraciəti, Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və s. mövzularda məqalələr, kitablar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.


     

    

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi