Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilib

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilib - FOTOLAR

22 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasında kitabxananın 100 illik yubiley tədbirləri çərçivəsində İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilib.

Faktinfo.az xəbər verir ki,iclasa Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov sədrlik etmiş, iştirakçıları salamlamış və qeyd etmişdir ki, İƏT-ə 10 ölkə daxildir, onlardan 8-nin milli kitabxanalarının direktorları iclasda iştirak edir və nizamnaməyə əsasən iclası keçirtməyə səlahiyyətimiz vardır. Direktor iclası açıq elan etmişdir.

İclasda İƏT-in baş katibliyinin nümayəndəsi Zaman Kaşif, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu, Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan, Tacikistan Respublikası Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru, pedaqoji elmlər doktoru, professor Fayzalizoda Jumakhon Xol, Özbəkistan Milli Kitabxanasının direktoru Teşabayeva Umida Alimcanovna, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Ospanova Bakıtcamal Kairbekovna, Qırğızıstan Respublikası Milli Kitabxanasının direktoru vəzifəsini müvəqqəti icra edən Baysakova Nuriyana Raimovna, Türkmənistanın Dövlət Mədəniyyət Mərkəzinini Dövlət Kitabxanasının direktor müavini Kakayeva Altın Nepesovna iştirak etmişlər.

İlk olaraq  Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş qısa videoçarx nümayiş olunmuşdur.

Daha sonra iclasın gündəliyində duran bir neçə məsələ - Azərbaycan tərəfinin təklifi ilə UNESCO-ya müraciətin qəbul olunması; İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili; İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması; İƏT üzvü olan ölkələrin milli kitabxanalarının əsas göstəricilərini əks etdirən bir elektron məcmuənin tərtib olunması və onun hər il yenilənməsi; İƏT üzvü olan ölkələrin milli kitabxanalarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr olmuş, səsvermə əsasında qərarlar qəbul edilmişdir.

 Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov gündəlikdə olan bütün məsələlərin vacibliyini qeyd etmiş, onların həyata keçirilməsinin xüsusi əhəmiyyətli olduğunu vurğulamışdır. O, bildirmişdir ki, görüşlər tez-tez keçirilməli, müzakirələr aparılmalı, təklif edilən layihələr reallaşdırılmalıdır. Professor 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını,yandırılaraq məhv edildiyini söyləmişdir. O, 2020-ci ilin dekabr ayında işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından IFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) prezidentinə məktubla müraciət ünvanlayaraq, işğaldan azad olunan regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini bildirmişdir. Cavab məktubunda IFLA prezidenti dağıdılmış kitabxanalarla bağlı məlumatları UNESCO-dakı həmkarları ilə paylaşdığını yazmış, lakin prof. Kərim Tahirov təəssüf ki, missiya göndərilməsi ilə bağlı xahişimizə bu günədək cavab alınmadığını söyləmişdir. O, hərbi konfliktlər zamanı mədəni irsin məhv edilməsini yolverilməz adlandıraraq, İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif etmiş və təklif dəstəklənərək qəbul olunmuşdur.

Müzakirələr zamanı Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Ospanova Bakıtcamal Kairbekovna İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili məsələsindən danışarkən fondlarının köhnə və müasir ədəbiyyatın az olduğunu söyləmiş, fondun yenilənməsi, ədəbiyyat mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Özbəkistan Milli Kitabxanasının direktoru Teşabayeva Umida Alimcanovna bildirmişdir ki, zəngin kolleksiyaya malik olan Ə.Nəvai adına Milli Kitabxananın çoxsaylı yerli və xarici oxucularını, xüsusən tədqiqatçılarını nəzərə alaraq fondun tamlığının təmin edilməsi vacibdir və fond yalnız bədii və incəsənət ədəbiyyatı ilə deyil, eyni zamanda elmi ədəbiyyatla da formalaşdırılmalıdır.

Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu tezliklə reallaşacaq olan yeni layihələrindən - aplikeyşn vasitəsilə müxtəlif ölkələrdən əldə etmək istədikləri kitablarla bağlı siyahıların göndərilməsinin və ədəbiyyatların kitabxanalara çatdırılmasının mümkün olacağından danışmışdır.

Gündəlikdə duran digər məsələ İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması məsələsi olmuşdur. Hələ ötən iclasda bu məsələyə toxunulduğunu qeyd edən prof. Kərim Tahirov bu işin hələ də yekunlaşmadığını diqqətə çatdırmışdır.

Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan və Tacikistan Respublikası Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru, pedaqoji elmlər doktoru, professor Fayzalizoda Jumakhon Xol ölkələr arasında mədəni sahədə dərin əlaqələrin oldmasından danışmış, öz kitabxanaları tərəfindən hər zaman ədəbiyyat və təcrübə mübadiləsinin, həmçinin birgə tədbirlərin həyata keçirilməsinə məmnun olacaqlarını bildirmişlər.

 Prof. Kərim Tahirov hər il təşkil edilən beynəlxalq sərgi-yarmarkalara dəvət edilən xarici qonaqların nümayiş üçün gətirdikləri kitabların Azərbaycan Milli Kitabxanasının xarici ədəbiyyat fondunu zənginləşdirdiyini söyləmiş, həmçinin ədəbiyyatdan əlavə, mütəxəssislərin də təcrübə mübadiləsi sahəsində əlaqələrin möhkəmləndirilməsinin, qarşılıqlı şəkildə ayrı-ayrı ölkələrin guşələrinin yaradılmasının vacibliyini, qarşılıqlı memorandumların olmasına baxmayaraq, yenə də bu əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə çalışılmalı olduğunu bildirmiş, bütün bunların bilavasitə xarici mədəni siyasətin inkişafı məqsədi daşıdığını qeyd etmişdir.

Sonda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının növbəti iclasının 2025-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi təklifi iştirakçı ölkələr tərəfindən dəstəklənmiş və həyata keçirilən işlərin nəzərdən keçirilməsi məqsədilə iclasın ildə 2 dəfə onlayn şəkildə də toplanması barədə qərar qəbul edilmiş, bununla da iclas öz işini yekunlaşdırmışdır.

Faktinfo.az




Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində kitabxanada İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi