Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 78,46 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,08 dollar/barel azdır. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 77,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 74,11 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 23-də 78,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,21 dollar/barel azdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər