AZƏRBAYCAN PREZİDENTİNƏ GÖRƏ QIRICILAR HAVAYA QALDIRILDI

AZƏRBAYCAN PREZİDENTİNƏ GÖRƏ QIRICILAR HAVAYA QALDIRILDI - FOTO

Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

Bu görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında paylaşıb.

Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

Qeyd edək ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.

Onu da qeyd edək ki, Vuçiçin bu jesti dünyada nadir presedentlərdəndir və qonağa xüsusi münasibətin göstəricisi sayılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi