Azərbaycan qırıcıları Türkiyədə -

Azərbaycan qırıcıları Türkiyədə - Video

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib.

Təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.

Məlumata görə, təlimdə Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək.

Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları iştirak edəcək.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, hərbi təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi