Azərbaycan təyyarəsi qəzaya uğradı – Britaniya KİV-

Azərbaycan təyyarəsi qəzaya uğradı – Britaniya KİV- Yenilənib

Britaniya KİV Azərbaycana məxsus An-12 təyyarəsinin qəzaya uğradığı barədə məlumat yayıb.

Bu barədə “Airbook” saytı məlumat yayıb. Saytın məlumatına görə, qəza zamanı ölənlər də olub.

AZAL-dan saytımıza verilən məlumatda bildirilib ki, qəza çoxdan baş verib və ingilisdilli saytda indi məlumat yayılması təəccüblüdür./axar.az

***

AZAL-dan saytımıza bildirilib ki, hadisə 2016-cı ildə baş verib:

“Yayılan məlumatla tanışıq. Bu hadisə 18 may 2016-cı ildə baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) hadisə ilə bağlı rəsmi məlumat da yayıb. 18 may 2016-cı ildə, Bakı vaxtı ilə təxminən saat 18:30-da Dvayer hava limanından uçuş zamanı qəza baş vermişdi. Təyyarə beynəlmiləl ekipaj tərəfindən idarə olunub. Heyətə Özbəkistan (kapitan), üç Ukrayna və beş nəfər Azərbaycan vətəndaşı daxil idi.

Ekipajın 7 üzvü həlak olmuşdu, iki Ukrayna vətəndaşı olan ekipaj üzvü isə sağ qalmışdı.

Bu hadisənin 3 il yarımdan sonra yeni xəbər kimi yayılması təəccüblüdür”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər