Azərbaycan yanvarda elektrik enerjisi ixracını 39% azaldıb –DGK

Azərbaycan yanvarda elektrik enerjisi ixracını 39% azaldıb –DGK 

Azərbaycan bu ilin yanvar aylarında 152,15 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu həcmdə elektrik enerjinin dəyəri 7,697 milyon ABŞ dolları təşkil edib.

Ay ərzində ixrac edilən elektrik enerjinin həcmi ötən ilin müvafiq dövründən 96,325 milyon kVt/Saat yaxud 38,8%, dəyəri isə 3,419 milyon dollar və yaxud 30,8% azdır.

Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,36% olub ki, bu da ötən ilə nisbətən 0,51 faiz bəndi azdır.

Azərbaycanın əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi