Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub

Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub –Nazir müavini açıqladı

“Bu günə qədər Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub”.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, onlardan artıq 65 faizi sağalıb: “Yoluxanlar arasında həm həkim, həm də orta tibb işçisi olub”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi