“Azərbaycanda bəzi seysmik stansiyaların istifadə müddəti bitib”

“Azərbaycanda bəzi seysmik stansiyaların istifadə müddəti bitib” – Qurban Yetirmişli

“Azərbaycanda bəzi seysmik stansiyaların istifadə müddəti bitib”.

Bunu Report.az-a  açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 2003-cü ildə alınan seysmik stansiyaların istifadə müddəti başa çatıb: “Sadəcə olaraq, biz onları ehtiyatla istifadə edirik. Ona görə də yaxın gələcəkdə seysmik stansiyaları yeniləməyi planlaşdırırıq. Məqsədimiz respublikanın bütün ərazilərində GPS stansiyaları yerləşdirməkdən ibarətdir. Bununla əlaqədar biz müvafiq qurumlara məktubla müraciətlər də etmişik. 2010, 2012 və 2013-cü ildə aldığımız son model stansiyaların fəaliyyətində isə heç bir problem yoxdur”.

Q.Yetirmişli bildirib ki, bu gün Azərbaycanda, ümumilikdə, 62 seysmsik stansiya fəaliyyət göstərir: “Hazırda respublika ərazisində 24 GPS (Geofiziki və Geodinamiki Tədqiqatlar) stansiyası var. Bu stansiyalar kompleks stansiyalarla birlikdə fəaliyyət göstərir. Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan ibarət onlayn müşahidə şəbəkəsi əsasında aparılır. Gürcüstanla sərhəd zonasında 3 seymsik stansiya quraşdırılıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi