Azərbaycanda əksər banklar rubl almaqdan imtina etdi - FOTOFAKT

Azərbaycanda əksər banklar rubl almaqdan imtina etdi - FOTOFAKT 

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə rubla təzyiqi davam etdirir.

Qərb ölkələrinin Rusiyanı sürətli sistemdən çıxarmaq qərarından və Rusiya Prezidenti Vladimir Putinin nüvə silahları da daxil olmaqla hərbi qüvvələrin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmrindən sonra ofşor əməliyyatlarda Rusiya rublu 29 faiz ucuzlaşıb.

Son məlumatlara görə, artıq Rusiyada nağd valyuta bazarında 1 dollar 113 rubldan bahadır. Həmçinin, rublun daha da ucuzlaşacağı gözlənilir. Dünya miqyasında rublun ucuzlaşması ilə bağlı olaraq artıq ölkəmizdəki banklar da Rusiya milli valyutasını almaqdan imtina edirlər.

Son vəziyyətlə bağlı Azərbaycan vətəndaşları əllərindəki rublu manata çevirmək istəyirlər. Lakin onlar banklara müraciət etdiyi zaman əksər banklar rublu qəbul etməyiblər. Hazırda rublun alış qiyməti 0,0100 qəpik təşkil edir. Son vəziyyəti öyrənmək üçün bir neçə banka rublun dəyişməsi üçün müraciət etsək də, sadəcə “Kapital Bank” rublu qəbul edib.

Belə ki, hər min rubl üçün bank 10 manat ödəyib.

Azərbaycanda əksər banklar rubl almaqdan imtina etdi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi