Azərbaycanda ətlə bağlı xəbərdarlıq

Azərbaycanda ətlə bağlı xəbərdarlıq – Yeni qadağa bahalaşma gətirəcək

Xəbər verdiyimiz kimi, Gürcüstandan mal-qaranın ixracına tətbiq olunan məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır.

 Sənədə əsasən, ixrac olunacaq iribuynuzlu mal-qaranın çəkisinin 140 kiloqramdan 200 kiloqrama qədər artırılması nəzərdə tutulub. Qanun layihəsi ilin sonuna qədər ölkə parlamentinə təqdim olunacaq.

Mal-qara ixracına olan məhdudiyyətlərin sərtləşdirilməsi əsasən daxili bazarda ət çatışmazlığının yaranması ilə izah edilib. Lakin bu qərarın Azərbaycanda ət bahalaşmasına gətirib çıxaracağı gözlənilir. Bildirilir ki, Azərbaycan bu ölkədən diri mal-qara idxal edən əsas ölkələrdən biridir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 6 724,7 min dollar olan 4 028 ton diri iribuynuzli mal-qara tədarük edib.

Bəs Gürcüstanın ət ixracında məhdudiyyətləri sərtləşdirməsi Azərbaycanda ətin qiymətinə necə təsir edəcək? Bu bizdə bahalaşmaya səbəb ola bilərmi?

Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli  Yeni Sabah.az-a danışıb. O, ölkəmizdə ətin bahalaşma ehtimalının yüksək olduğunu bildirib:

“Gürcüstan təkcə Azərbaycan üçün yox, həmçinin Türkiyə üçün də ixracatçı ölkədir. Bu məhdudiyyətin qoyulmasının səbəbi yaşı az olan və özü bala verməyə qadir olan mal-qaranın ixaracatının qarşısını almaqdır. Artıq yaşlaşmış, bala vermiş mal-qaranın ixracatı önə çəkilir. Həm Türkiyə, həm də Azərbaycan əsasən buzovların ixracatına üstünlük verirlər. Sonra bu mal-qaranı diri gətirdikləri halda kökəldərək daha baha qiymətə satırlar. Azərbaycan idxalçıları üçün buzovun satın alınması qiymətin daha az ucuz başa gəlməsinə səbəb olurdu. İndi isə bunun qarşısını alnmaq istəyirlər. Əlbətdə ki, bunun Azərbaycana müəyyən təsirləri olacaq. Gürcüstan Azərbaycan üçün əsas tədarükçü ölkədir. Azərbaycanın da idxalı hər il artır. 

Yerli mal-qaranın istehsal gücü 2015-2016-ci ildən sonra azaldığı müşahidə olunur. Bunun səbəbi də örüş yerlərində, yem bazası olan rayonlarda texniki bitkilərin əkilməsinin artmasıdır. Bu yemin qiymətini qaldırdı və bəzi maldarlara maldarlıqla məşğul olmaq sərfəli olmadı. Ona görə də həm yerli istehsal ürəkaçan deyil, həm də xaricdən daha çox ət almağa başladıq. Bunun səbəbi də ölkə əhalisinin artımı və turistlərin sayındakı artımdır. Bu il turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Gürcüstanın bu qadağasından sonra ət bazarında müəyyən gərginliyin olması ehtimalı var. Əsasəndə yeni il bayramı öncəsi qiymətlərin qalxması ehtimalı çox yüksəkdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi