Azərbaycanda işsizlərin sayı artdı –

Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası

Bu ilin mart ayının 1-nə olan məlumata görə, Azərbaycanda 286,8 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 3 ay ərzində ölkədə işsizlərin sayı 0,4 min nəfər artıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 250,9 min nəfər olub, onlardan 4 milyon 964,1 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi