Azərbaycanda kərə yağı adı altında spred yağları satılırmış

Azərbaycanda kərə yağı adı altında spred yağları satılırmış 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığını aşkarlayıb.

Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib.

Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər