Azərbaycanda kolbasa istehsalı artıb - Əhali daha çox hansı şirkətin məhsullarına üstünlük verir?

Azərbaycanda kolbasa istehsalı artıb - Əhali daha çox hansı şirkətin məhsullarına üstünlük verir? 

Faktinfo.az xəbər verir ki,istehlak olunan qida məhsulları arasında kolbasa və sosiska  məmulatlarına təlabat artıb.Bu ilin birinci yarsında Azərbaycanda 13 min 459,9 tondan çox  kolbasa məmulatları istehsal edilib.

Bunu Dövlət Statistika Komitəsinin məlumatı da təsdiqləyir.Belə ki,bu göstərici 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur.

Bəs əhali daha çox hansı şirkətin istehsalı olan  kolbasa və sosiska  məmulatlarına üstünlük verir?

Faktinfo.az xəbər verir ki, “Tamstor”, "Araz Supermarket", "Bazarstor" kimi böyük marketlər şəbəkələrində aparılan müşahidələrdən, satıcıların məlumatlarından belə aydın olur ki, Səhliyalı MMC-nin istehsalı olan məhsullar daha çox satılır, əhali bu şirkətin kolbasa və sosiska  məmulatlarına  daha çox üstünlük verir.

Onu da xatırladaq  ki ,bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs "Tərəqqi" medalı ilə təltif edilib.Təltif olunanlar sırasında "Səhliyalı" şirkətinin həmtəsisçilərindən olan Bəşirov Səhliyalı Vahid oğlu da var.

Bu amilin özü də müəyyən fikir yürütməyə əsas yaradır. Belə ki, prezident sərancamında Səhliyalı Bəşirovun adının yer almasından təxmin etmək olur ki, Səhliyalı MMC böyük miqdarda vergi ödəyicisidir. Daha çox vergi ödəyicisi olmaq üçün isə ilk əvvəl böyük miqdarda istehsal və istehsal edilən məhsulun satış göstəricisi olmalıdır.Deməli, yuxarda qeyd etdiyimiz kimi əhalinin Səhliyalı MMC-nin istehsalı olan kolbasa və sosiska  məmulatlarına üstünlük verməsi realdır.

Faktinfo.az

Azərbaycanda kolbasa istehsalı artıb - Əhali daha çox hansı şirkətin məhsullarına üstünlük verir?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər