Azərbaycanda narkotik qəbul edənlərin sayı artır,açıq satışı uşaqları məhv edir

Azərbaycanda narkotik qəbul edənlərin sayı artır,açıq satışı uşaqları məhv edir - Kəmalə Ağazadə

Narkotik satışının açıq şəkildə onlayn keçirilməsindən ən çox zərər çəkənlər azyaşlılardır.

Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələr vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satılması nəticəsində uşaqların bu maddələrə əlçatımlılığının artması haqda danışarkən deyib.

O bildirib ki, bu maddələrdən istifadə edən azyaşlılar və yeniyetmələrin sayı artır:

“Hətta ailəli qadınlar da bunlardan istifadə edir. Valideynlər daha diqqətli olmalıdır. Əgər valideyn uşağının davranışlarında dəyişikliyi qiymətləndirə bilmirsə, aqressivliyin səbəbini anlaya bilmirsə, evdən tez-tez oğurluqların baş verməsini gözə almaq istəmirsə, uşaqları əlbəttə ki, çox böyük təsir altında olacaq. Uşaqların narkotik vasitələrinə aludəliyini görməzdən gəlmək olmaz. Mənə valideynlər müraciət edib deyirlər ki, onlar artıq bilmirlər uşaqları haqda nə etsinlər. Narkotik asılılığı yaranan yeniyetmələrə psixoloji dəstəyin verilməsi mümkündür. Ancaq bunu həyata keçirmək üçün valideynlərin istəyi olmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi