Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb. 

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi