Azərbaycanda parlament vaxtından əvvəl buraxılır-

Azərbaycanda parlament vaxtından əvvəl buraxılır- Seçki vaxtından əvvəl keçiriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu gün keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədi ilə verildiyini açıqlayıb.

Məlumata görə, partiya sabah bununla bağlı Milli Məclisdə məsələ qaldıracaq və gözlənilir ki, çoxluq parlamentin buraxılmasına səs verəcək.

Xatırladaq ki, bu gün saat 14.00-da hakim partiyanın üzvləri olan deputatlarla da toplantı keçiriləcək.

Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi