“Azərbaycanda Rusiyanın daha üç universitetinin filialı açılacaq” –Səfir adlarını açıqladı

“Azərbaycanda Rusiyanın daha üç universitetinin filialı açılacaq” –Səfir adlarını açıqladı 

“Azərbaycanda Rusiyanın daha üç universitetinin filialı açılacaq”.

Bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

“Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq”, – səfir deyib.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin – M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi