Azərbaycanın ən çox mal ixrac etdiyi 5 ölkə açıqlandı –SİYAHI

Azərbaycanın ən çox mal ixrac etdiyi 5 ölkə açıqlandı –SİYAHI 

Azərbaycanın yanvar-avqust aylarında qeyri-neft sektorunda ən çox mal ixrac etdiyi 5 ölkə açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verlən məlumata görə 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektorunda Azərbaycanın ən çox mal ixarac etdiyi 5 ölkə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Çin olub.

Rusiyaya ixrac bu il 375,2 milyon dollar olub ki, bu da ötən illə müqayisədə 36,9 milyon dollar çoxdur.

Türkiyəyədə ixracat 42,4 milyon dollar artaraq 249,8 milyon dollar olub. Avropada ən çox ixracatımız 92,2 milyon dollarla İsveçrə olub ki, bu da 2017-ci ilə nisbətən 8,6 milyon dollar artıqdır.

Qonşu Gürcüstana isə ixracatımız 2,4 milyon dollar azalaraq 88,5 milyon dollar təşkil edib. Qeyri-neft ixracatında ən çox artım Çin də qeydə alnıb. Belə ki, Çinə ixrac 1,75 dəfə artaraq 32,2 milyon dollar olub.

Ümumilikdə bu 5 ölkəyə ixracat 837,9 milyon dollar təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi