"Azərbaycanın getdikcə artan nüfuzu "Euronews"un müxbirinin sualında da biruzə verildi"

"Azərbaycanın getdikcə artan nüfuzu "Euronews"un müxbirinin sualında da biruzə verildi" -Aqiyə Naxçıvanlı

"Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanda müşahidə olunan ciddi iqtisadi inkişafın əsasları, növbəti illər üçün müəyyən edilən istiqamətlər, regional əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı açıqlamalar yer almışdır.

İlk növbədə dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsasında nə sanksiyalar altında olan Rusiya ilə bağlı proseslər, nə də Çin ilə biznes əlaqələri durmur. Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuşdur. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən cənab Prezident bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq."

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, xüsusilə Avrasiya məkanında cərəyan edən hadisələrə getdikcə daha çox təsir imkanları əldə etməsi beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qalmır: "Bu diqqət və maraq özünü "Euronews"un müxbirinin verdiyi növbəti suallardan birində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Bu sualı cavablandıran cənab Prezident ölkəmizin beynəlxalq arenada strategiyası barədə konkret açıqlama verərək bildirdi ki, Azərbaycan bundan sonra da müstəqil siyasət yürütməyə davam edəcək. Qeyd edək ki, Azərbaycanın xarici siyasət kursu ilə aparıcı dünya dövlətlərinin maraqlanmaları təbiidir. Ölkəmiz artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin -120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Həmçinin Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin müsbət dinamikası var.Xüsusilə enerji layihələri ilə bağlı qeyd olunmalıdır ki,Avropa Azərbaycandan bu sahədə dəstək istədikdə ölkəmiz bu dəstəyi ən yüksək səviyyədə göstərmişdir. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur.Bütün bu məqamları öz açıqlamasında ətraflı qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəfləndiyini diqqətə çatdırdı.”


A.Naxçıvanlı məlum müsahibənin gedişində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə aydınlıq gətirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətinə də toxunub: "Sülh sazişinin imzalanması prosedurunun gecikməsi sırf Ermənistan tərəfinin vaxtı uzatması ilə bağlıdır. Dövlət başçımızın dediyi kimi, Ermənistan sentyabrın 11-də onlara təqdim olunmuş bir neçə səhifədən ibarət mətn layihəsini iki ay yarım ərzində nəzərdən keçirib. Bu da o deməkdir ki, rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyir. Buna görə də ilin axırına qədər sülh sazişinin imzalanması artıq mümkün görünmür. Cənab Prezident bir daha bildirdi ki, məhz Azərbaycan, işğaldan və etnik təmizləmədən əziyyət çəkən tərəf olmasına baxmayaraq, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə oldu. Bu gün Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha çox təşəbbüs göstərməlidir. Çünki Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amil də aradan qaldırıldı. Qeyd etmək lazımdır ki, məhz bu məqamı xüsusi vurğulamaqla cənab Prezident İlham Əliyev sanki Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu" –Aqiyə Naxçıvanlı qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər