"Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq"

"Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq" - Gürcüstan XİN

Gürcüstan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident” və “parlament” seçkilərini tanımır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub: “Gürcüstan Dağlıq Qaraba münaqişəsinin yalnız sülh yolu və beynəlxalq səviyyədə qəbul edilmiş norma və hüquq prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi