AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ DÜNYA MEDİASINDA – “35 ildir davam edən münaqişə Azərbaycanın xeyrinə başa çatıb”

AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ DÜNYA MEDİASINDA – “35 ildir davam edən münaqişə Azərbaycanın xeyrinə başa çatıb” 

Məlum olduğu kimi, oktyabrın 19-da Qarabağ iqtisadi rayonunda qanunsuz erməni birləşmələrinə və qondarma rejimə qarşı başladılan antiterror əməliyyatı 24 saatın tamamında düşmənin təslim olması ilə başa çatıb.

Azərbaycanın tarixi qələbəsi dünya mediasında da böyük əks-səda doğurub.

ABŞ-ın “The Politico” nəşri 24 saat ərzində əldə edilən qələbədən sonra “Azərbaycan Dağlıq Qarabağdakı “ildırımsürətli” hücumunda qələbəsini elan etdi” başlığı ilə oxucularının qarşısına çıxıb.

ABŞ-ın “ABC News” nəşri isə “35 ildir davam edən münaqişə, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb” manşetini atıb.

Böyük Britaniyanın “The Telegraph” nəşri “Azərbaycanın qələbəsi Ermənistanı Qərb müttəfiqlərinə doğru yönləndirdi” başlıqlı məqalə ilə çıxış edib.

“Hindustan Times” qəzeti isə “Azərbaycan Qarabağ separatçılarının təslim olmasından sonra qələbəsini elan edib” başlıqlı məqaləsində xatırladıb ki, Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan sonra iki dəfə müharibə aparıb və son müharibədə Azərbaycan qalib gəlib.

Hindistanın “NDTV” kanalı erməni separatçılarının silahı yerə qoyma qərarını “Separatçıların müqavimətinin heyrətamiz iflası” kimi şərh edib. 

Qətərin “Əl-Cəzirə” kanalı bildirib ki, “Azərbaycanın uğurlu əməliyyatından sonra Rusiyanın Dağlıq Qarabağdakı rolu şübhə altına düşüb”.

“Bloomberg” nəşri isə yayımladığı məqalədə bölgənin qısa tarixinə yer verib. Xəbərdə Sovet İttifaqı dağılandan bəri Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ ərazisi üzərində dəfələrlə toqquşduğu, Türkiyənin dəstəklədiyi Azərbaycan qüvvələrinin 2020-ci ildə baş verən müharibədə qalib gəldiyini yazıb./Azpolitika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi