Azərbaycanlı müğənnidən şok açıqlama: - "Anam can üstə olanda, xalamla atamı..."

Azərbaycanlı müğənnidən şok açıqlama: - "Anam can üstə olanda, xalamla atamı..." 

Müğənni Nüşabə Musayeva "Bizimləsən” verilişində doğma xalası haqda şok açıqlamalar edib.

Müğənni canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb:

"Xalam rayonda vaqonda qalırdı. Boşanmışdı. Anam onu Bakıya gətirtdi. Ona ev aldılar biz 4-cü, onlar 2-ci mərtəbədə qalırdılar. Sonra anam atamdan xahiş etdi ki, onu işə düəzltsin, atam da onu kitabxanada işə düzəltdi. Bir gün anamın vəziyyəti pisləşdi, təcili xəstəxanaya apardılar. Anam xalamdan xahiş etdi ki,gəlib bizimlə qalsın,o da öz uşaqlarını götürüb bizə gəldi,3 uşağı vardı.Mən həmin vaxt 5-ci sinifdə oxuyurdum. Qonaq otağında hamımız bir qalırdıq, xalam bizimlə yatırdı. Bir gün gecə oyandım, xalamqızı ağlayırdı ki, anamı istəyirəm, xalamı tapa bilmədim, mətbəxə, hamama baxdım gördüm yoxdur. Atam həmişə üstü açıq yatırdı, dedim keçim onun üstünü örtüm. Elə yataq otağına girdim və gördüyümü gördüm…

İndi mənə kimsə deyə bilməz ki, bunu danışma, yaxud sən yalan deyirsən. Mən bunu gözümlə görmüşəm! Qapını açdım, geri çəkilmədim, baxdım. Gözümü zilləyib onlara baxırdım. Artıq gənc qız idim, hər şeyi qavrayırdım. Xalam gəldi ağzımın üstündən elə şillə vurdu ki, ağzım partladı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi