Azərbaycanlı Türkiyədə məşhur iş adamını öldürdü –Polis qatili axtarışa verdi

Azərbaycanlı Türkiyədə məşhur iş adamını öldürdü –Polis qatili axtarışa verdi 

Türkiyədə məşhur iş adamı Şahin Akça qətlə yetirilib.

İş adamının azərbaycanlı dostu tərəfindən öldürüldüyü ehtimal olunur.

Cinayətin qurbanı Təkirdağdakı bağ evində tapılıb. Çürümüş cəsədin ekspertizası zamanı onun 15 gün öncə boğularaq öldüyü üzə çıxıb. İstintaq zamanı məlum olub ki, mərhum sonuncu dəfə adı açıqlanmayan azərbaycanlı dostu ilə telefonda əlaqə saxlayıb. Onlar birlikdə cinayətin baş verdiyi bağ evinə gediblər.

Uzun müddətdir, ABŞ-da yaşayan Şahin Akça vətəninə istirahət məqsədilə tez-tez gəlirmiş.

Cinayətdə şübhəli bilinən şəxs Türkiyə ərazisini tərk edib. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə onun barəsində beynəlxalq axtarış elan edib./Publika.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər