Azərbyacanda 20 il və daha artıq vəzifədə olan icra başçıları kimlərdir?

Azərbyacanda 20 il və daha artıq vəzifədə olan icra başçıları kimlərdir? –ADLAR

Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin edir.

Faktinfo.az  novator.az-a istinadən bildirir ki, hazırda ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. O, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə gətirilib.

Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.

Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postundadır.

2005-ci ildən İlqar Abbasov Suraxanı rayonunun, Abdin Fərzəliyev Nərimanov rayonunun , Şahin Məmmədov Ağcabədi rayonunun, Mərdan Camalov Şirvan şəhərinin icra başçısı vəzifəsini tutur.

2006-cı ildən Arif Seyidov Göygöldə, Əhməd Muxtarov Hacıqabulda, 2007-ci ildən Ənvər Seyidəliyev Ağsuda, Şair Alxasov Qusarda, Rövşən Bağırov Lerikdə, Novruz Novruzov Şabranda, Lütvəli Babayev Zərdabda icra başçısıdır.

Saatlının icra başçısı Siraqəddin Cabbarov 2008-ci ildə təyin olunub.

2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, Bayram Səfərov Şuşanın, Nizaməddin Quliyev Goranboyun icra başçısı postundadır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi