Azercell tənqid edildi: "Varlılara güzəşt edir"

Azercell tənqid edildi: "Varlılara güzəşt edir" 

"Dövlət kasıblara, "Azərcell" də varlılara güzəşt edəcək".

Bunu ekspert Qubad İbadoğlu deyib.


"Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz şəxslərə noyabr ayında 190 manat veriləcək. Həmçinin sərt karantinin tətbiq olunduğu ərazilərdə fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi də göstəriləcək. Azercell mobil operatoru eksklüziv mağazalarından İPhone 12 və iPhone 12 Pro smartfonlarını əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir. Bildiyim qədər iPhone 12 və iPhone 12 Pro smartfonlarının birinin qiyməti 2500 manatdan bahadır. Görəsən, mobil operatorlar ("Azercell", "Bakcell", "NarMobile") nə zaman korporativ məsuliyyət öhdəliyindən çıxış edib, hərbiçi və əsgər ailələrinə, tələbə və şagirdlərə də belə güzəştlər edəcək?" - Q.İbadoğlu sual ünvanlayıb.


Adı çəkilən şirkətlərin də mövqeyini dərc etməyə hazırıq./Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi