"Azərişıq"dan seçki günü ilə bağlı

"Azərişıq"dan seçki günü ilə bağlı - Açıqlama

Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq. "Azərişıq" ASC 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişığ”ın seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcəyini bildirib.

T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb:

"Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq".

“Azərişıq” rəsmisi abunəçilərə də müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı çağı mərkəzinə müraciət etmələrini xahiş edib:

“Azərışıq”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar həmin çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi