“Azəristilik” vəd verdi-

“Azəristilik” vəd verdi- Gücləndirilmiş iş rejminə keçəcək

Ölkədə hava temperaturunun kəskin dəyişməsi ilə əlaqədar “Azəristiliktəchizat” gücləndirilmiş iş rejminə keçəcək.

Faktinfo.az xəbər verir ki,bunu Axar.az-a açıqlamasında “Azəristiliktəchizat”ın mətbuat katibi Rafiq Əliyev deyib. O bildirib ki, havanın temperaturu aşağı düşdükcə qazanxanalardan verilən temperatur da artırılacaq:

“Havanın temperaturundan asılı olaraq qazanxanalarda mənzillərə və sosial obyektlərə verilən istiliyin temperaturu tənzimlənir. Bu gündən etibarən havaların soyuq keçməsi ilə əlaqədar “Azəristiliktəchizat”ın çağrı mərkəzi, qəza təmir və digər xidmətləri gücləndirilmiş iş rejimində çalışacaq və fasiləsiz iş rejimi təmin olunacaq”.

Qeyd edək ki, ötən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 23-ü və 24-də hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi