“Azərbaycan Dövlət Dəmir Yolları” QSC yük vaqonları alıb

“Azərbaycan Dövlət Dəmir Yolları” QSC yük vaqonları alıb 

Taxıl və digər qida məhsullarının daşınması üçün nəzərdə tutulan yükləri ölkəmizə gətirmək və aparmaq üçün vaqonlar Gürcüstan və ya Rusiyadan alınırdı.

“SOKAR” başda olmaqla bütün qurumlarda ixtisarlar aparıldı. “Azərbaycan Dövlət Dəmir Yolları “QSC- də də belə ixtisarların aparılacağı gözlənilirdi ,amma bu baş vermədi. Əksnə, uzun müddətdən bəri- “Azərbaycan Dövlət Dəmir Yolları “QSC-nin gəlirlə işlədiyi zamanlardan tikintisi yarımçıq qalan işlər tamamlandı.Hətta,tikintisi kifayət qədər vəsait tələb edən Dəmir Yolunun binası yenidən tikilməyə başladı.

O cümlədən taxıl ,şəkər tozu və digər ərzaq mallarını daşımaq üçün QSC lazımi səviyyəli vaqonların olmamasından çətinlik çəkirdi.Taxıl və digər qida məhsullarının daşınması üçün nəzərdə tutulan yükləri ölkəmizə gətirmək və aparmaq üçün vaqonlar Gürcüstan və ya Rusiyadan alınırdı. Bu məqsədlə bir vaqona 24 saat üçün istifadə edilib-edilməməsindən asılı olmayaraq 41 manat pul ödənilirdi.

 Nəzərə alsaq ki,bu məqsədlə gün ərzində yüzdən çox vaqon istifadə edilirdi, onda müəyyən etmək olar ki, “ADDY” QSC ay ərzində istifadə etdiyi vaqonlara görə digər dövlətin dəmiryol idarəsinə 120-150 min manat intervalda vəsait ödəyirdi. Bu məbləğə isə bir təzə vaqon almaq mümkün idi. 

Hazırda bu aslılıq da aradan qaldırılıb, “ADDY” QSC 3100 müxtəlif təyinatlı vaqon alıb ,bu vaqonların sırasında 100-dən çox təzə yük vaqonları var.

 Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi