Baba Rzayevin 3 milyonluq ”Gül əməliyyatı” - 'AZƏRENERJİ' RƏHBƏRİ İES-də PULLARI BELƏ "SİLİB"

Baba Rzayevin 3 milyonluq ”Gül əməliyyatı” - 'AZƏRENERJİ' RƏHBƏRİ İES-də PULLARI BELƏ "SİLİB" 

Azərbaycanda biznesmen məmur fikri səslənəndə ilk xatırlanan şəxslərdən biri də ”’Azərenerji”nin rəhbəri Baba Rzayevdir.

Bu şəxs Azərbaycan hökumətində çalışan azsaylı adamlardan biridir ki, rəhbəri olduğu sahənin paralel biznesini də qurub.

Bəzi məmurlardan fərqli olaraq, Baba müəllimin biznesi qohumlarının, dostlarının deyil, birbaşa öz ailə üzvlərinin adına sənədləşdirilib.

Məsələn, Baba Rzayev ”’Azərişıq”a rəhbərliyi həyata keçirərkən, dövlət büdəcsindən ayrılan vəsaitləri özünün qurduğu müəssisələrə köçürüb.

Təbii ki, şişirdilmiş rəqəmlər hesabına Baba Rzayev öz biznesinin qazancını ağlasığmaz dərəcədə artırıb.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləri olması barədə mediada araşdırmalar buna sübutdur.

“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı Beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.

Gununsesi.info-nun araşdırması zamanı Baba Rzayevin Mingəçevirdəki İstilik Enerjisi Stansiyasının cari təmiri və ətrafdakı abadlıq işlərində böyük məbləğlərdə vəsaitləri silməsi bəlli olub.

Hələlik, Baba müəllimin ”Gül əməliyyatı’ndan başlayaq.

Mingəçevirdəki məlum qəzadan sonra Azərbaycan prezidenti İlham Əliyev İstilik Enerji Stansiyasının təmiri , bəzi blokların yenidən qurulmasını hökumətin əsas prioritetlərindən biri etdi.

Bu isə Baba Rzayevin yaxşı pul qazanması üçün əla fürsət oldu.

Bunun üçün ”Azərenerji’ rəhbərliyi milyonların bu sahəyə xərclənməsinə dair saxta qaimələr yazaraq, pulları mənimsədi.

Baba Rzayev bu prosesə də qardaşı və digər  yaxınlarının şirkətlərini cəlb etmişdi.

İstilik Enerjisi Stansiyasının yenidənqurulması prosesinə cəlb olunan ”Elektro İndustries”, ”Cənun Enerji Tikinti”’ Baba Rzayevin ailə şirkətləri olub.

 

Baba Rzayevin 3 milyonluq ”Gül əməliyyatı” - 'AZƏRENERJİ' RƏHBƏRİ İES-də PULLARI BELƏ "SİLİB"Baba Rzayevin 3 milyonluq ”Gül əməliyyatı” - 'AZƏRENERJİ' RƏHBƏRİ İES-də PULLARI BELƏ "SİLİB"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər