Baba Rzayevin idarə rəisi işçisinin ailəsini dağıdıb-

Baba Rzayevin idarə rəisi işçisinin ailəsini dağıdıb- Canəhməd Əhmədov minnətçi düşüb

Azərişıq" ASC-nin sədri Baba Rzayev tabeliyindəki rəhbər işçilərin özbaşınalıqlarının qarşısını almaq üçün mayın 5-inə iclas cağırıb. İclasda qeyri-etik hərəkətləri və özbaşınalıqları ilə xalqı "Azərişıq"dan narazı salan, onun Işgüzar imicinə xələl gətirən rəhbər işçilərlə bağlı ciddi tədbir görüləcəyi gözlənilir.

Redaksiyamıza daxil olan məlumata görə, Baba Rzayevin keçirəcəyi iclasla xüsusi olaraq narahat olmalı olan şəxslərdən biri də Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) müdiri Canəhməd Əhmədov olsa da, o bu dəfə də Azərişıqdan qovulmaqdan son anda qurtara bilib. Belə ki, Canəhməd Əhmədovun əxlaqsız hərəkətləri və özbaşınalıqları barədə Baba Rzayev məlumatlandırıldıqdan sonra O əlayağa düşərək böyük pullar qarşılığında əksər saytlarda gedən yazıları sildirib. Bundan başqa əxlaqsız təklif etdiyi və işdən çıxan həmin xanıma yalvar-yaxar edərək özünə bəraət qazandıran ərizə almağa nail ola bilib. Onu himayə edən şəxlər vasitəsilə Baba Rzayevə minnətçi düşərək ASC sədrini inandırmağa nail ola biliblər ki, guya bunlar ona atılan böhtandır. Halbuki bu hadisələr bütün işçilərin gözü önündə baş verib və hətta İmişli rayonunun ağsaqqalları bununla bağlı rayon icrabaşçısına şikayət etməyi də planlaşdırıblar. Amma sirli əllər onları da bu yoldan çəkindirib.

Redaksiyamıza sızan digər məlumata əsasən, Canəhməd Əhmədov yaxın ətrafına bildirib ki, onunla bağlı olan bu gizli məsələlərin mətbuata sızması onun "başını əməlli başlı ağrıdıb” və xeyli ziyana düşüb. Belə ki, guya həmin xanımı razı salmaq üçün onu yenidən işə qaytarmağı və onun yarımçıq qalan evini tiktirməyi vəd edib. Bunu deyərkən də hirsli şəkildə xanımın ünvanına nalayiq sözlər səsləndirib.

Göründüyü kimi Canəhməd Əhmədov böyük pullar və himayəçiləri tərəfindən növbəti dəfə sudan quru çıxa bilib. Bundan əlavə onu qoruyan şərtlərdən biri də böyük pullar qazandırdığı himayəçilərinin köməyi ilə əldə etdiyi "əməkdar mühəndis” fəxri adıdır. Yəqin himayəçiləri uzaqgörənliklə belə şeylərdən onu qorumaq və beləliklə öz gəlir gətirən bir adamlarını itirməmək üçün Canəhməd Əhmədovun adını da prezidentə verilən siyahıya salıblar.

Görünən odur ki, Canəhməd Əhmədov himayəçisinin güclü olmasına baxmayaraq yol verdiyi ciddi nöqsanlardan dolayı həm də çox ciddi qorxu içindədir. Yoxsa belə olmasaydı, "Baba Rzayevə ağzının danışığını bil dedim” deməklə daim qürrələnən Canəhməd Əhmədov ASC sədrinə minnətçi düşməzdi.

Sonda, Canəhməd Əhmədovun əxlaqsız hərəkətləri və özbaşnalıqları barədə ölkə başçısına müraciət olunacağı da məlumatda öz əksini tapır.
Bu arada qeyd edək ki, Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin müdiri Canəhməd Əhmədovun özbaşınalığına tabeliyində çalışan şəxslər də etiraz bildiriblər və bu səbəbdən son zamanıar həmin layiqli şəxslər idarə müdiri tərəfindən gözümçıxdıya salınıb.

Xatırladaq ki, İmişli sakinlərinin mediaya göndərdiyi şikayətlərdə bildirilirdi ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər etməkdən də çəkinmir və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə xüsusi ad çıxara bilib. Belə ki, 2 ay əvvəl Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif edib. Həmin xanım əməkdaş (xanımın kimliyi şikayətdə əksini tapsa da, adını açıqlamağı lazım bilmirik – red.) bu təklifi rədd edir. Bu hadisədən sonra Canəhməd Əhmədovun etdiyi əxlaqsız hərəkət rayonda böyük söz-söhbətə səbəb olur ki, nəticədə əxlaqsız təklifi rədd edən xanımın ailəsi dağılır və işdən çıxmalı olur. Həyat yoldaşı bu hadisədən sonra "Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov həmin zaman idarədə gizlənir. İdarə müdirini tapa bilməyən həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdır. Canəhməd Əhmədov idarəni dağıdan həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır.

Şikayətdə həmçinin qeyd olunub ki, Canəhməd Əhmədov tabeliyində işləyən bütün işçiləri ilə kobud davranır. Hətta işə təzə gələn əməkdaşlarının da qarşısında fantastik tələblər qoyur. Cəbhəboyu bölgələrdə çalışan əməkdaşları təhqir etməkdən çəkinmir. Şikayətdə iddia edilir ki, böyük bir vəzifəni icra edən Canəhməd Əhmədovda şizofreniya xəstəliyindən əziyyət çəkir və buna görə müalicə də alıb.

Redaksiyamızın apardığı araşdırmalar zamanı məlum oldu ki, Canəhməd Əhmədov bu vəzifəyə qədər Qaradağ rayonunda çalışıb. Bu zaman işində yol verdiyi qanunsuzluqlara görə, Baba Rzayev tərəfindən işdən çıxarılıb. Buna səbəb Canəhməd Əhmədovla bağlı iş adamlarının çoxsaylı şikayətlər etməsi və daş karxanalarına "leviy" işıq xətləri çəkməsi olub.

Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Ötən il Prezident İlham Əliyev bir qrup "Azərişıq" əməkdaşını təltif edən zaman Canəhməd Əhmodava əməkdar mühəndis adı verilir. Belə bir şəxsin adının əməkdar mühəndis adına təqdimatını vermək böyük korrupsiya maraqlarından xəbər verir. İmişli sakinlərinin sözlərinə görə, Canəhməd Əhmədovu "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov himayə edir. Onun bütün qanunsuz əməllərini sədr müavini görməzdən gəlir. Buna görə o, heç Baba Rzayevi də saymır və ASC sədrini saymaması ilə qürrələnir.

Mənbə : Miq.az 

Faktinfo.az 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər