Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi 

"Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin sıxlığını nəzərə alaraq  10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.

Faktinfo.az xəbər verir ki,10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:00-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.

Onu da qeyd edək  ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi