Bakı Dəmiryolu Vağzalında etiraz -

Bakı Dəmiryolu Vağzalında etiraz - VİDEO

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdır.

Modern.az xəbər verir ki, Bakı Dəmiryolu Vağzalında toplaşan sərnişinlər qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

Bildirilib ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

Qeyd edək ki, bu gün Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb. Buna səbəb kimi sıxlığın olması göstərilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi