Bakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib - FOTOLAR

13 noyabr tarixində Bakı Ekspo Mərkəzində Milli Kitabxananın Elmi İşlər və Kitabxana İnformasiya Xidməti üzrə direktor müavini, əməkdar mədəniyyət işçisi Ədibə İsmayılovanın tərtib etdiyi “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, təqdimatı keçirilən fotoalbom haqqında qonaqlara məlumat verib. O, fotoalbomun ərsəyə gəlməsində əməyi keçən hərkəsə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdir Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər rəsmi qonaqlar çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda kitab sənayesinin inkişafında Azərbaycan Milli Kitabxanasının rolundan danışılıb. Həmçinin “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun Milli Kitabxananın 100 illik yubileyinə bir hədiyyə olduğu, bir əsrlik tarixin maraqlı anlarını özündə əks etdirən kitab olduğu vurğulanıb.

Bakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilibBakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilibBakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilibBakı Ekspo Mərkəzində “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi