Bakı gömrüyünün `İPƏK` TURALI... - İLGİNC FAKTLAR

Bakı gömrüyünün `İPƏK` TURALI... - İLGİNC FAKTLAR 

Son günlər gömrük sistemində müşahidə olunan olaylar citimaiyyət tərəfindən diqqətlə izlənilir.

Səfər Mehdiyevin DGK sədri postundan alınmasının ardından ciddi olayların baş verəcəyi gözlənilsə də, burada müəyyən yubanmalar hiss olunmaqdadır. Yəni anlaşılan odur ki, elə bu olayların PİK NÖQTƏSİ Səfəır Mehdiyevin görəvdən alınması idi...

Amma DİA.AZ-a bu yöndə danışan mötəbər mənbə iddia edir ki, Şahin Bağırov hazırda DGK sədrinin əvəzedicisi kimi ciddi olaylara tədarük görməkdədir. Səfər Mehdiyevdən qalma talançı komanda bir-birinin ardından çıxdaş edilir. DİA.AZ-a danışan mənbə bildirir ki, bu əsnada ilk hədəflərdən biri də zamanında Sumqayıt gömrüyündə çalışmış, ardından da Nakı Baş Gömrük İdarəsində müavin postunu tutmağa müvəffəq olmuş Tural Tağıyevdir.

Bakı gömrüyünün `İPƏK` TURALI...

Qeyd edək ki, Tural Tağıyev adı ictimaiyyətə yetərincə tanışdır. KİV-də yazılanlardan belə aydın olur ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri olmuş mərhum Cavanşir Tağıyevin oğlu olan Tural Tağıyev hələ Sumqaytı gömrüyündə işləyərək kifayət qədər tanına bilmişdi. Yəni özünün korrupsiya əməlləri ilə...

DİA.AZ-a danışan mənbə bildirir ki, Tural Tağıyevin hazırda həbsdə yatan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışmış gömrük general-mayoru Ehtiram Xəlilovun əlindən su içib: "Onunla bir yerdə çalışan Tural Tağıyev sonradan 200 minlik şrinlik müqabilində BBGİ-yə rəis müavini təyin olundu".

Mənbə iddia edir ki, Tural Tağılyev "İpək Yolu" terminalının kuratorluğunu da həyata keçirdiyindən onun bu gün gömrüklə bağlı hüquqi araşdırmalardan kənarda qalması da inandırıcı deyil: "Geci-tezi bu adam da məsuliyyətə cəlb olunmalıldır. Hər halda Şahin Bağırov belə bir mənfi reputasiya sahibi ilə birgə addımlamaz".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkəd davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər