Bakı məktəblərində 170 manatdan pul yığılır

Bakı məktəblərində 170 manatdan pul yığılır - NARAZILIQ!

Bakıdakı 23 nömrəli məktəbdə şagirdlərdən 170 manatdan pul yığıldığına dair xəbər yayılıb.

Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilib ki, vəsait restoranda bayram keçirməsi üçün nəzərdə tutulub.

Adı çəkilməyən digər məktəbdə isə sinifdə “yolka” quraşdırılması üçün pul yığıldığına dair məlumat paylaşılıb. “Üstəlik müəllim tapşırıq verib ki, 250 manatdan ucuz yolka olsa, qəbul etməyəcək”,-deyə məlumatda bildirilir.

Məsələylə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, belə müraciətlərlə bağlı anonim olmadan müraciət etmələri və ya 146-1, 146-0 Qaynar Xətt xidmətləri ilə əlaqə saxlamaları xahiş olunur: “Yaxud jurnalistlərə müraciət edən valideynin kontraktlarını təqdim edə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi