Bakıda 15 yaşlı oğlan anasını metronun önündə öldürdü

Bakıda 15 yaşlı oğlan anasını metronun önündə öldürdü 

Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər