Bakıda çoxmərtəbəli bina sökülür

Bakıda çoxmərtəbəli bina sökülür 

Bakının mərkəzində üç bina sökülür.

 Söhbət Nəsimi rayonu, Xaqani küçəsi, 54 və Üzeyir Hacıbəyov küçəsi, 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva küçəsi, 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.

 

Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.

 Əldə etdiyimiz digər məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək./Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi