Bakıda iş adamı koronavirusdan öldü

Bakıda iş adamı koronavirusdan öldü 

Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.

Bu barədə onun yaxın qohumları sosial şəbəkədə məlumat veriblər.

Bakıda mebel şirkətlərinin birinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat etdiyi bildirilir.

Yaxınları bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxub, lakin ilk günlərdə bunun adi qrip olduğunu zənn edib və həkimə müraciət etməyib.

Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib.

Qohumları qeyd ediblər ki, F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi