Bakıda qara çörək qıtlığı yarandı

Bakıda qara çörək qıtlığı yarandı 

Artıq bir həftədir mağazalarda qara çörək qıtlığı müşahidə olunur. Alıcılar paytaxtın bəzi qəsəbə və rayonlarında yerləşən mağazalarda qara çörək tapa bilmədiklərini bildirirlər.

Buna səbəb ölkədə çovdar unu qıtlığı yaranmasıdır. Çörəkbişimə müəssisələri çovdar unu ala bilmədikləri üçün qara çörək istehsalının dayandığı deyilir.

Məlumata görə, qara çörək istehsalı üçün çovdar unu ölkəmizə əsasən, Rusiyadan idxal olunur. Lakin bir həftədir ki, Rusiyadan Azərbaycana çovdar unu idxal olunmayıb. Problemin nə vaxt həllini tapacağının da bəlli olmadığı bildirilir.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl də ölkədə çörək istehsalı ilə məşğul olan müəssisələr unu limitlə aldıqlarını təsdiqləmişdilər.

Həmin müəssisələrdən qeyd olunurdu ki, gündəlik 20 kisə aldıqları mağazalar indi bu rəqəmi 3 dəfə azaldıb.

Onu da əlavə edək ki, Azərbaycanda çovdar unu çörəyi əsasən, iki müəssisədə - 1 saylı Xətai Çörək Zavodu və "Çörəkçi" zavondunda istehsal olunur.

1 saylı Xətai Çörək Zavodundan məlumatı təsdiqlədilər:

"İki həftəyə yaxındır ki, çovdar unu almrıq. Bu səbədən qara çörək istehsalı dayanıb".

Bakıxanov Çörək Zavodu, eləcə də "Nur" Çörək zavodundan da bu müəssisələrin qara çörək istehsal etmədiyi bildirildi./Bakupost.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi