Bakıda restoranda dava düşüb, bıçaqlanan var

Bakıda restoranda dava düşüb, bıçaqlanan var 

Bakının Yasamal rayonunda restoranda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.

Hadisə rayonda yerləşən restoranlardan birində baş verib. Bir neçə nəfər arasında baş verən dava zamanı 25 yaşlı Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım birqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi