Bakıda sünnət olunan iki yaşlı uşağın cinsiyyət orqanı kəsildi

Bakıda sünnət olunan iki yaşlı uşağın cinsiyyət orqanı kəsildi - VİDEO

Bakıda sünnət zamanı iki yaşlı uşağın cinsiyyət orqanının yarısı kəsilib, daha sonra həkim başqa bir həkimə zəng edərək kömək istəyib.

Hadisə Bakı xəstəxanalarının birində yaşanıb.

Bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimidir. Həmin həkim etdiyi səhvlə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.

Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.

Toğrul Ömərov deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə sünnət edir. Bunun isə ağır fəsadları olur.

Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur./Medicina.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər