Bakıdakı bu universitetin diplomu tanınmır - Açıqlama

Bakıdakı bu universitetin diplomu tanınmır - Açıqlama 

Bakı şəhərində Anadolu Universiteti adı ilə fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil.

Faktinfo.az xəbər verir ki,bunu Axar.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Kamran Əsədov deyib.

Mütəxəssis bildirib ki, bu təhsil müəssisəsinin ölkəmizdə fəaliyyəti ilə bağlı xüsusi razılıq, yəni lisenziya verilməyib:

“Anadolu Universiteti ali təhsil xidməti göstərmək hüququna malik deyil. Lakin bu o demək deyil ki, o universitetin fəaliyyəti qanunsuzdur. Sözügedən müəssisə Azərbaycanda Dövlət Vergi Xidmətindən rəsmi formada qeydiyyatdan keçib və təhsil xidməti göstərir. Universitetin məzunlarına verilmiş təhsil haqqında sənəd onları hərbi xidmətdən azad etmir, diplomlarla Azərbaycan ərazisində dövlət qurumlarında fəaliyyət icazəsi verilmir, amma özəl şirkətlər Anadolu Universitetinin məzunlarını qəbul edə bilər”.

K.Əsədov qeyd edib ki, universitetin sənədləri Azərbaycanda ona görə tanınmır ki, təhsil forması distantdır:

“Bu təhsilalma forması 2009-cu ilin Təhsil Haqqında qanununda öz əksini tapsa da, hələ ki, reallaşmayıb. Anadolu Universitetinə müraciət edən abituriyentlərin valideyinləri ordakı təhsil alanların aqibəti ilə maraqlanıb, sonra ora müraciət etsinlər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi