Bakının bu əraziləri də iki gündür ki,susuz qalıb

Bakının bu əraziləri də iki gündür ki,susuz qalıb 

Paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbəsinə suyun verilməsində fasilə yaranıb.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, qəsəbənin həm yaşayış binaları, həm həyət evlərinə su verilmir. Eyni zamanda, 3 mindən çox sakini olan “Uğur-2” yaşayış kompleksinin sakinləri də iki gündür susuzluqdan əziyyət çəkirlər.

“Azərsu” ASC-nin Sabunçu Rayon Sukanal İdarəsindən deyilib ki, problem təkcə bu rayonla məhdudlaşmır, Suraxanı və Xətai rayonlarının da bəzi ərazilərində içməli suyu təminatında problem yaşanır.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza bildirib ki, problemlə bağlı məlumat veriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi