“Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə Şuşada zəfər yürüşlərinin təşkili hər birimizi qürurlandırır”

“Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə Şuşada zəfər yürüşlərinin təşkili hər birimizi qürurlandırır” -Könül Nurullayeva

Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür. Bu tarix hər zaman Azərbaycanda böyük təntənə ilə qeyd olunub.

Bu, Azərbaycanın hərb tarixinin ən önəmli hadisələrindən biridir. Azərbaycan və Türkiyənin bir-birinə mənəvi baxımdan nə qədər yaxın olduğunu anlamaq üçün 103 il əvvəlki tarixə nəzər salmaq kifayətdir. Tarixdən də bildiyimiz kimi, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsilə Azərbaycanın müstəqilliyi təmin olundu. 


Tarixçilər də bildirir ki, o vaxt Bakının azad olunması siyasi-strateji əhəmiyyə kəsb edirdi. Çünki burada söhbət Bakının milli şəhər statusunun, milli simasının bərpasından gedirdi. Ona görə Bakının azad olunması Azərbaycan və azərbaycanlılar üçün həyati əhəmiyyət kəsb edirdi. Bu baxımdan Qafqaz İslam Ordusu tərəfindən göstərilən dəstək Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar deputat Könül Nurullayeva bildirib.

Deputat onu da bildirib ki ,Azərbaycan xalqı Bakının azad olunmasını bu il tam fərqli ab-havada qeyd edir. Azərbaycan əsgərinin qanı bahasına işğaldan azad olunmuş Şuşa şəhərində 15 sentyabr Bakının azad olunmasının qeyd olunması, bütün bölgələrdə təşkil olunan zəfər yürüşləri hər bizimizi qürurlandırır. Azərbaycan xalqı bu il Bakının işğaldan azad olunması ilə paralel olaraq, Qarabağın da işğaldan azad olunmasını qeyd edir. Bu baxımdan bu gün şəhidlərimizlə yanaşı, Qafqaz İslam Orsudunun da, Nuru və Ənvər Paşanın ruhunun şad olduğu gündür. 44 günlük Vətən Müharibəsində də Türkiyə Azərbaycana mənəvi dəstək göstərməklə bir daha bu qardaşlığın əbədi olduğunu nümayiş etdirdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu gördü. Bu birlik Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi