Bakının mərkəzində atışma: 3 nəfər saxlanıldı

Bakının mərkəzində atışma: 3 nəfər saxlanıldı 

Bakının Nəsimi rayonunda atışma olub, 2 nəfər güllələnib.

Hadisə Səməd Vurğun küçəsində, "Görüş" restoranının önündə qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, - məlumatda deyilir.

Qeyd edək ki,Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi