Bakının Nizami rayonunda ağacların kəsilməsinin dayandırılması istənilir-

Bakının Nizami rayonunda ağacların kəsilməsinin dayandırılması istənilir- ETSN qaynar xəttinə...

Vüsal Kərimov adlı şəxs, Bakı şəhəri Nizami rayonu, B. Nuriyev kuc. 42-də agacların qanunsuz olaraq kəsilməsi və yerində obyekt tikilməsinə dair saytın elektron poçtuna məlumat göndərib.

Faktinfo.az-a göndərilən məlumata görə,Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 42 küçəsində (Siqayut Plaza şadlıq saraynın arxasında, 42 nömrəli binanın ərazisi) ağacların kəsilməsi hadisəsi baş verir. Yaşıllıq məhv edilir, yerində isə obyekt tikintisi üçün beton özül  tökülür. Halbuki,ölkə  Prezidenti İlham Əliyev dəfələrlə bu barədə sərt xəbərdarlıq edib,-göndərilən məlumatda deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə (168) bu barədə ilkin məlumat  verildiyi də vurğulanır.Bu qanunsuz hərəkətin təcili dayandırılması  məqsədilə (ağacların kütləvi olaraq kəsilməsinin qarşısının alınması)  Bəhruz Nuriyev 42, 46 və 50 nömrəli binanın sakinləri ölkə KİV-lərinə müraciyət  ünvanlamağa hazırlaşır, Prezident Administrasiyasına da məktub ünvanlayacaqlarını bildirirlər.

Firuddin Oruc

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi